Paşayev Bəlqiyə Abdullah oğlu

Paşayev Bəlqiyə Abdullah oğlu

Paşayev Bəlqiyə Abdullah oğlu

1935-ci il avqust ayının 10-da Ağdaş rayonunun Bulaqotağı kəndində anadan olmuşdur. Bulaqtağı kənd ibtidai və Qəsil kənd orta məktəbini bitirdikdən sonra 1948-ci ildə Mingəçevir şəhərindəki Pedoğoji məktəbdə təhsilini davam etdirmişdir. Buranı bitirdikdən sonra Ləki qəsəbəsində müəllim işləmişdir. 1953-cü ildə Azərbaycan Dövlət Pedoğoji İnstitutunun coğrafiya fakültəsinə daxil olmuş, 1957-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1957-1958-ci illərdə Mingəçevirin Xanabad kəndində, sonra Mingəçevir şəhərində 1saylı orta məktəbdə coğrafiya müəllimi işləmişdir. 1958-1960-cı illərdə sovet ordusu sıralarında xidmət etmişdir. 1961-1963-cü illərdə Azərbaycan EA Coğrafiya institutunda kiçik elmi işçi vəzifəsində işləmişdir. 1963-1966-cı illərdə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun aspirantı olmuşdur. 1969-cu ildə namizədlik dissertasiyasını (mövzu: “VI-VII sinif şagirdlərində ümumcoğrafi anlayışların formalaşması”(Azərbaycan SSR məktəblərinin materialları əsasında) Elmi rəhbəri: Q.K. Gül – c.e.d., professor) müdafiə edərək pedaqogika elmlər namizədi adını almışdır. 1971-ci ildə Bakı Dövlət Universitetində Coğrafiya fakültəsinin“Xarici ölkələrin iqtisadi və siyasi coğrafiyası” kafedrasında fəaliyyətə başlamışdir. 1984-cü ildə dosent elmi dərəcəsini alıb. Bir çox tədris proqramlarının, metodiki göstərişlərin və dərsliklərin müəllifi və redaktoru olmuşdur.

2004-cü il noyabr ayının 28-də vəfat etmişdir, vəsiyyətinə uyğun olaraq doğma kəndində dəfn edilmışdir.

7 Декабря, 2021  14:01 Просмотров: 1228 Печать

В этом разделе

9 Февраля, 2017
Кающиеся снега
Тесты
Опрос
Активных опросов нет